Xəbərlər

Geri

Elm Laboratoriya Mərkəzi fəaliyyətə başlayıb

21.05.2022 12:14:00

Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “STEAM Hub” Elm Laboratoriya Mərkəzi şagirdlərin istifadəsinə verilib. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərkibində yaradılan Mərkəz dünya standartlarına və təhlükəsizlik də daxil olmaqla, beynəlxalq kurikulumların tələblərinə tam cavab verən müasir cihaz və avadanlıqlarla təchiz olunub.

“STEAM Hub” laboratoriyasında şagirdlərin hərtərəfli inkişafı üçün yüksək şərait yaradılıb. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini birləşdirən laboratoriyada şagirdlər elmi təcrübələr, sınaqlar apararaq araşdırma, kəşfetmə, iti düşünmək kimi bacarıqlarını inkişaf etdirə biləcəklər.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, “Paşa Bank” ASC-nin nümayəndələri və digər qonaqların iştirakı ilə keçirilən tədbirin iştirakçıları laboratoriyada fizika, kimya, biologiya və STEAM otaqlarınnda şagirdlərin apardığı təcrübələr, hazırladıqları işlərlə tanış olublar.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi çərçivəsində 2019-cu ildən etibarən təhsil sahəsində layihələrin maliyyələşdirilməsinə 5 milyon manatdan çox vəsait ayrılıb.

Paylaş: