Xəbərlər

Geri

İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə görüş keçirilib

09.06.2022 10:57:00

İyunun 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin missiya rəhbərinin müavini Doron Peerlə görüş keçirilib. Görüşdə tərəflər arasında potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev Fondun cari fəaliyyət istiqamətləri, maliyyə dəstəyi proqramları, güzəştli kredit və subsidiya mexanizmlərinin əhatə etdiyi biznes subyektləri barədə məlumat verib.

Görüşdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışı, birgə maliyyələşmə proqramlarının həyata keçirilməsi perspektivləri, startapların maliyyələşdirilməsinə özəl investorların cəlb edilməsi barədə müzakirə aparılıb.

Paylaş: