Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondu "Qadın və gənc sahibkarlara dəstək” adlı müsabiqə keçirir.

13.10.2022 08:45:00

Sahibkarlığın İnkişafı Fondu qadın və gənc sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Qadın və gənc sahibkarlara dəstək” adlı müsabiqə keçirir.

Qaliblər Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilməsinə müsbət qərar verilmiş və kredit ayrılmış layihələrin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.

Müsabiqə aşağıdakı şərtlər əsasında keçirilir:
- Müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2022-ci il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri iştirak edə bilər;
- Kreditlər yalnız qadın və yaşı 29-dək olan gənc sahibkarlara verilməlidir;
- Kreditlər 2022-ci il üzrə Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet istiqamətləri əhatə etməlidir;

Müsabiqədə Fond tərəfindən 01.10.2022-ci il - 16.12.2022-ci il tarixlərində kredit ayrılmış qadın və gənc sahibkarların layihə sayları əsas götürülür.

Paylaş: