Xəbərlər

Geri

Daşkəsəndə sahibkarlarla görüş keçirilib

14.10.2022 04:00:00

Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, müvəkkil kredit təşkilatlarının nümayəndələri dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Daşkəsən rayonunda sahibkarlarla görüşüblər.
150-yə yaxın sahibkarın iştirak etdiyi görüşdə Sahibkarlığın İnkişafı Fondunun prioritet istiqamətləri, güzəştli kreditin əldə edilməsi mexanizmi barədə məlumat verilib, təklifləri dinlənilib.
Qeyd edək ki, Fond tərəfindən ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və sahibkarların maliyyələşmə sahəsində çətinliklərinin öyrənilməsi məqsədilə oktyabr ayı ərzində bir sıra regionlarda bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur.

Paylaş: