121 Arxiv
Xəbərlər

Geri

Xaçmazda sahibkarlarla görüş keçirilib 21.06.2025 /

Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib. Görüşdə ABİF-in, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, RİH-nin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbir çərçivəsində Xaçmazda iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlara Fondun güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.