Xəbərlər

Geri

SİF müvəkkil kredit təşkilatları ilə görüşüb

18.01.2024 11:53:15


Güzəştli kreditlərin verilməsi prosesində mövcud vəziyyət müzakirə olunub, SİF-in tövsiyələri təqdim edilib.

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Onlayn görüşdə Fondun güzəştli kredit mexanizmi ilə bağlı 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb. Bildirilib ki, bu il yaşıl layihələrin güzəştli maliyyə resursları hesabına inkişaf etdirilməsi və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli maliyyə imkanları ilə təmin edilməsi əsas hədəflərdəndir. Bununla yanaşı, Fondun kreditlərinin verilməsi prosesində mövcud vəziyyət müzakirə olunub, tövsiyələr təqdim edilib.

Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı çətinlikləri diqqətə çatdırılıb, cari məsələlər üzrə təkliflər dinlənilib. 

Paylaş: