Xəbərlər

Geri

Naxçıvanda fəaliyyət göstərən bizneslər maliyyələşdirilir

12.01.2024 09:22:10


Naxçıvan MR-da fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2 milyon 205 min manat güzəştli kredit ayrılıb.

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 27 sahibkar Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıb. Belə ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 2 milyon 205 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, logistika və ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərir. Layihələrin icrası nəticəsində 86 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir. 

Paylaş: