Xəbərlər

Geri

Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu “DAMU”-nun nümayəndələri ilə görüş keçirilib

24.11.2023 11:55:29


Qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təsdiqlənmiş Yol Xəritəsi üzə görülmüş işlərə toxunulub, əməkdaşlıqda növbəti addımlar müzakirə edilib.

Qazaxıstan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “DAMU”-nun nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda görüş keçirilib. Görüşdə iki ölkənin sahibkarlıq mühiti və  dövlətin güzəştli maliyyə vəsaitlərinin effektiv istifadəsi barədə müzakirələr  aparılıb. Həmçinin qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təsdiqlənmiş Yol Xəritəsi üzrə görülmüş işlərə toxunulub, əməkdaşlıqda növbəti addımlar müzakirə edilib.

 Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən Sahibkarlığın İnkişafı Fondu “DAMU” Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq,  onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.

Paylaş: