Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə kredit yarmarkası keçirilib

17.11.2023 06:11:00

 

300-ə yaxın sahibkarın iştirakı ilə keçirilən kredit yarmarkasına bank və bank olmayan kredit təşkilatları öz stendləri ilə qatılıblar.

“Rabitəbank” ASC-nin və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə Kürdəmirdə kredit yarmarkası keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev, AKİA-nın sədri Seymur Mövlayev, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin çıxış edərək sahibkarların maliyyə təminatından, dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində sahibkarlığa, regionların sosial-iqtisadi inkişafına və regionlarda fəaliyyət göstərən sahibkarlara dəstəkdən danışıblar.

Kredit yarmarkasının məqsədi regionlarda sahibkarlığın inkişafına dəstək olmaq, sahibkarların maliyyə savadlılığını artırmaq və güzəştli kreditlərin verilməsi ilə investisiya layihələrinin kreditləşdirilməsi barədə onları məlumatlandırmaqdır. Qeyd edək ki, 300-ə yaxın sahibkarın iştirakı ilə keçirilən kredit yarmarkasına bank və bank olmayan kredit təşkilatları öz stendləri ilə qatılıblar. 

Paylaş: