Xəbərlər

Geri

Sabirabadda sahibkarlarla görüş keçirilib

18.10.2023 02:25:28


Sabirabadda sahibkarlara maliyyə resurslarına çıxış imkanları, o cümlədən dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib

Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Sabirabad və Saatlı rayonlarında fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə sahibkarlara maliyyə resurslarına çıxış imkanları, o cümlədən dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib. Bununla yanaşı, həmin regionda fəaliyyət göstərən sahibkarların çətinlikləri öyrənilib, təklifləri dinlənilib.


Paylaş: