Xəbərlər

Geri

SİF "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir.

01.03.2023 10:04:40

Sahibkarlığın İnkişafı Fondu sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir. 

Qaliblər müsabiqə şərtləri daxilində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş və sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların layihələrinin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.

Müsabiqə aşağıdakı şərtlər əsasında keçirilir: 

- Kreditlər yalnız sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilməlidir;
 - Müsabiqədə Fond tərəfindən 01.03.2023 - 01.07.2023-cü il tarixlərində kredit ayrılmış mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus layihələrin sayı əsas götürülür.

Paylaş: