İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
VİDEO MÜRACİƏT

Hörmətli istifadəçi!

 

Bu bölməyə daxil olmaqla siz nazirliyin məsul vəzifəli şəxsləri ilə videokamera vasitəsilə birbaşa əlaqə yarada bilərsiniz. Zəhmət olmasa aşağıdakı qaydalarla tanış olun və onları qəbul etdiyinizi təsdiqləyin. Daha sonra siz qeydiyyat səhifəsinə yönəldiləcəksiniz. Bu səhifədə yerləşən müraciət formasında sizə aid olan məlumatları və video əlaqə yaratmaq istədiyiniz tarixi (razılaşdırılmaqla) yazaraq, Sahibkarlığın İnkişafı Fonduna göndərməlisiniz. Qısa müddət ərzində sizə cavab məktubu göndəriləcək. Həmin məktubda video əlaqənin dəqiq vaxtı, Fonda məxsus istifadəçi adı (əlaqə qurmaq üçün) göstəriləcəkdir. Bu məlumatlardan istifadə etməklə, siz Fondun məlumat mərkəzinin əməkdaşları ilə canlı bağlantı yaradaraq məsləhətləri ala və rəhbər vəzifəli şəxslərin qəbuluna yazıla bilərsiniz.

 

Video əlaqənin yaradılmasını və canlı bağlantı zamanı davranışı tənzimləyən

Tələblər

 

Video əlaqənin baş tutması və müvəffəqiyyətlə başa çatdırılması üçün aşağıdakı tələblərə əməl edilməsi vacibdir:

 

1.Texniki tələblər:

1.1. Müraciət edən istifadəsində olan kompüterin ( və ya qurğunun) canlı bağlantı üçün lazım olan aksesuarlarla (veb kamera, mikrofon və səsgücləndirici) təminatına və ya onların işlək vəziyyətdə olmasına əmin olmalıdır;

1.2. Davamlı internet bağlantısı olmalıdır.

1.3. Video qəbulun yaradılması üçün skype və ya whatsapp program təminatından istifadə olunmalıdır

 

  1. Müraciət edən şəxsə aid tələblər:

2.1. Müraciət edən vətəndaş “müraciət vaxtını və müraciət hüququ”nu digər şəxslərə verməməlidir;

2.2. Müraciət edən xarici görünüşünə fikir verməli və səliqəli olmalıdır;

2.3. Canlı video əlaqə zamanı anlaqlı vəziyyətdə olmalı, qeyri-etik hərəkətlərə və ibarələrə yol verməməlidir;

2.4. Canlı video əlaqə zamanı siqaret çəkməməli və qida, spirtli içki yaxud digər maye qəbul etməməlidir.

2.5. 2.1-2.4-cü bəndlərdə göstərilən tələblərə əməl edilmədikdə, vətəndaşla canlı bağlantı kəsilə bilər.

 

  1. Digər tələblər:

3.1. Canlı video əlaqə vasitəsilə müraciət etmək üçün ən aşağı yaş həddi 18-dir;

3.2. Video əlaqə yaratmaq üçün müraciət formasında göstərilən sahələr üzrə vətəndaş tərəfindən təqdim olunan yanlış məlumatlar canlı bağlantıdan imtina üçün əsas ola bilər;

3.3. Müraciət formasının bütün sahələrinin doldurulması vacibdir. Əks təqdirdə, canlı video əlaqənin yaradılması mümkün olmayacaqdır;

3.4. Müraciət edən vətəndaş müraciəti yalnız bir dəfə istifadə etmək üçün (rəhbər vəzifəli şəxslə canlı bağlantı yaradılanadək) nəzərdə tutulmuşdur və növbəti dəfə istifadə edilə bilməz;

3.5. Canlı video əlaqənin yaradıldığı məkanda sakitlik təmin olunmalıdır;

3.6. Üç və daha artıq şəxsin bir yerə toplaşaraq canlı bağlantı vasitəsilə müraciət etməsi hallarına yol verilmir;

3.7. Canlı video bağlantının müddəti bir qayda olaraq 15 dəqiqədir. Zəruri hallarda bu müddət müraciətin mahiyyəti nəzərə alınmaqla daha 15 dəqiqə artırıla bilər;

3.8. Vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə canlı bağlantı elektron informasiya daşıyıcılarında yazılır;

3.9. Xüsusi araşdırma tələb edən məsələlər üzrə vətəndaşlar yazılı şəkildə müraciət etməlidirlər;

3.10. Video əlaqə zamanı qaldırılan məsələlərə vətəndaşlar yazılı cavabın verilməsini tələb edə bilər.

 

Videoqəbula yazılmaq üçün müraciət forması
Ad, Ata adı, Soyad *
Bu sahə boş qala bilməz!
Ünvanınızı qeyd edin!
Bu sahə boş qala bilməz!
Telefon nömrənizi qeyd edin!
Bu sahə boş qala bilməz!
E-poçt *
Bu sahə boş qala bilməz!
Şəxsiyyət vəsiqənizin nömrəsi *
Bu sahə boş qala bilməz!
Bu sizin ilk müraciətinizdi? *
Bəli
Xeyr
Seçim etmək mütləqdir!
Qəbula yazılmağın məqsədi *
Kimin qəbuluna yazılmaq istəyirsiniz? *
Seçim etmək mütləqdir!
Qəbulun istədiyiniz tarixi (qarşı tərəflə razılaşdırmaqla)
Təhlükəsizlik kodunu daxil edin *