EDF.GOV.AZ | Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞIN İNKİŞAFI FONDU

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu avtonəqliyyat vasitəsinin satınalınması məqsədilə açıq tender elan edir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu avtonəqliyyat vasitəsinin satınalması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;

- maliyyə durumu qənaətbaxş olmalı;

- texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;

- vergilər və digər icbari ödənişləri üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Tenderdə iştirak etmək istəyənlər 100 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:

Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 172

Əlaqələndirici şəxs: Ə. Abdullayev, tel: (012) 433-63-65 dax/n: (230)

 

Bank rekvizitləri:     Bankın adı: PAŞA Bank ASC

                                  Kod: 505141

                                  VÖEN: 1700767721

                                  Müxbir hesab: AZ82NABZ01350100000000071944

                                  S.W.I.F.T. PAHAAZ22

Alan:                         İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu

                                  VÖEN: 1305619841

                                  Hesablaşma hesabı: AZ03PAHA36015AZNHC0100089628

                        

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);

- tender təklifi qiymətinin 2 faizi həcmində təklifin təminatı;

- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

İddiaçı tenderin əsas şərtlər toplusunda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 20 fevral 2019-cu il saat 17.00-ə qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna (ünvan: Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 172) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 21 fevral 2019-cu il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender təklifinin qüvvədə olma müddəti - tender prosedurunun başlandığı gündən etibarən ən azı 30 (otuz) bank günü təşkil etməlidir.

Tender təklifinin təminatı – Tender prosedurunun başlandığı gündən etibarən ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi qiymətinin 2 faizini təşkil etməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

 

                                                                                            Tender komissiyası