EDF.GOV.AZ | Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞIN İNKİŞAFI FONDU

Sahibkarlığın İnkişafı Fondunda müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibklarlar arasında daha sıx əlaqələrin yaradılması imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının Fərmanı ilə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətindəki yeniliklər barədə məlumat verib, müvəkkil kredit təşkilatları və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvəkkil kredit təşkilatları nümayəndələri ilə müzakirələr aparılıb, 2019-cu ildə güzəştli kreditlər ayrılacaq prioritet istiqamətlər barədə məlumat verilib, sualları cavablandırılıb.