EDF.GOV.AZ | Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞIN İNKİŞAFI FONDU

Kotirovka sorğusunun keçirilməsinə dair

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il üzrə Fondun fəaliyyətinin auditor yoxlamasının xidməti üzrə kotirovka sorğusu elan edir. Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reytinq cədvəllərində ilk dördlüyə daxil olan və analoji maliyyə institutlarında kənar auditinin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər. İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

            Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır və 2018-ci il 9 oktyabr saat 15:00-a qədər qəbul olunur.

Əlaqələndirici şəxs Zaur Nəhmətov.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172

Telefon: (012) 4345011

Fax: (012) 4323717

e-mail: info@anfes.gov.az