İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
02.12.2022 / Mühüm hadisələr
“Biznesin incəlikləri” layihəsi yekunlaşıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və “Bank Respublika”nın regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün birgə həyata keçirdiyi “Biznesin incəlikləri” layihəsi yekunlaşıb.

Layihə ilə bağlı sonuncu görüş Gəncə şəhərində keçirilib. Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xaliyev və “Bank Respublika” İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək, qadınların sahibkarlığın inkişafındakı rolunu qeyd edib. Tədbir iştirakçılarına qadınların sahibkarlıq fəaliyyətlərinə dəstək verilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.

Qeyd edək ki, oktyabr və noyabr aylarında həyata keçirilən layihə çərçivəsində Xaçmaz, Masallı, Şəki və Gəncə şəhərlərində təşkil edilən təlimlərdə qadın sahibkarlar güzəştli kreditlər, ilkin kapital mənbələri, gəlir və xərclər, reklam, vergi qanunvericiliyi və biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırılıblar.