İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
28.10.2022 /
SİF müvəkkil banklarla görüşüb

Sahibkarlığın İnkişafı Fondu ilə Azərbaycan Banklar Assosiasiyası arasında onlayn görüş keçirilib. Fondun və müvəkkil bankların nümayəndələrinin iştirak etdiyi görüşdə sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı müraciətlərinə dair məsələlər müzakirə edilib. SİF-in  nümayəndələri tərəfindən Fondun hədəfləri və müvəkkil kredit təşkilatlarından gözləntiləri barədə məlumat verilib.

Həmçinin, müvəkkil bankların nümayəndələrinin Fondun təqdim etdiyi məhsullarla bağlı sualları cavablandırılıb.