İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
14.10.2022 / Görüşlər
Gəncədə sahibkarlarla görüş keçirilib

Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, müvəkkil kredit təşkilatlarının nümayəndələri dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Gəncə şəhərində sahibkarlarla görüşüblər.

70-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə Sahibkarlığın İnkişafı Fondunun prioritet istiqamətləri, güzəştli kreditin əldə edilməsi mexanizmi barədə məlumat verilib, təkliflər dinlənilib.

Qeyd edək ki, Fond tərəfindən ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və sahibkarların maliyyələşmə ilə bağlı çətinliklərinin öyrənilməsi məqsədilə oktyabr ayı ərzində bir sıra regionlarda bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur.