
04.08.2022 / Görüşlər
Müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib
Müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb, güzəştli kreditlərdən istifadədə səmərəliliyin artırılması, sahibkarların kredit əlçatanlığının təmin edilməsi, kreditlərin verilməsi prosesinin optimallaşdırılması istiqamətində kredit təşkilatları nümayəndələrinin təklifləri dinlənilib, sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən sayta istinad zəruridir.