İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
27.07.2022 /
Sahibkarlığın İnkişafı Fondunda biznes nümayəndələri ilə görüş keçirilib

İyulun 26-da Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Marsol” MMC-nin birgə təşəbbüsü ilə sahibkarlarla görüş keçirilib. Fondun inzibati binasında keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində - plastik borular, birdəfəlik kağız stəkanların istehsalı, istilik sistemləri, alternativ enerji, quru meyvə istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Novator HRC”, “Qayo Group”, “Helind”, “All Smart”, “Asstrech”, “Crispa” kimi şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə sahibkarlıq subyektləri öz fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib və mövcud bizneslərin genişləndirilməsi məqsədilə lazımi maliyyə vəsaiti və kredit ehtiyacları ilə bağlı müzakirələr aparılıb. Görüşdə həmçinin güzəştli kreditlərin əldə olunması zamanı sahibkarların üzləşdikləri problemlər, kredit təşkilatlarının girov tələbləri, kredit əldə etmək üçün tələb olunan sənədlər və digər prosedur məsələlərinə də toxunulub.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev Fondun cari dəstək mexanizmləri barədə biznes nümayəndələrini məlumatlandırıb və sahibkarların suallarını cavablandırıb.

SİF və Marsol MMC arasında əməkdaşlıq çərçivəsində sahibkarlarla görüşlərin keçirilməsi gələcəkdə də davam etdiriləcək.