İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
20.06.2022 / Konfranslar, iclaslar
Sahibkarlığın İnkişafı Fondu yerli şirkətlərin tanıtım sərgisində iştirak edib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri "Partners and Business" sərgisində iştirak edib.

Yerli şirkətlərin tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması məqsədilə sərgi çərçivəsində təşkil olunan konfransın panel müzakirələrində Fondun nümayəndələri “Sahibkarlığın İnkişafı Fondunun təklif etdiyi maliyyə dəstəyi” və “Regionlarda reallaşdırılan layihələr” mövzularında çıxış ediblər.

Qeyd edək ki, sərgi İqtisadiyyat Nazilriyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə keçirilib.