İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
29.10.2021 / Görüşlər
Sahibkarlarla görüşlər davam etdirilir

Sahibkarlığın İnkişafı Fondunun (SİF) təşkilatçılığı ilə Abşeron-Xızı iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüşdə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri, Abşeron-Xızı iqtisadi rayonu üzrə KOB dostları və biznes nümayəndələri iştirak edib.

Onlayn formatda keçirilən görüş zamanı sahibkarlara Fond tərəfindən təklif edilən maliyyə mexanizmləri barədə məlumat verilib və sahibkarların güzəştli kredit vəsaitlərindən istifadə zamanı qarşılaşdıqları məsələlər müzakirə edilib.

Tədbirdə biznes subyektləri Fond tərəfindən həyata keçirilən sadələşmə planı barədə məlumatlandırılıb, güzəştli kreditlərin əldə edilməsində tələb olunan sənəd sayının azaldılması, notarial təsdiqə olan tələbin aradan qaldırılması və biznes-planın hazırlanması ilə əlaqədar sadələşdirmənin əhəmiyyəti vurğulanıb və sahibkarların sualları cavablandırılıb.

Sahibkarlığın İnkişafı Fondunun təklif etdiyi maliyyə alətləri barədə maarifləndirmə tədbirləri davam etdirilir.