İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
29.09.2021 /
Sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən biznes nümayəndələri ilə görüş keçirilib.

Tədbirin təşkilində əsas məqsəd sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Onlayn formatda keçirilən görüşdə Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən müvəkkil kredit təşkilatlarının təmsilçiləri, KOB dostları və  50-dən artıq sahibkar iştirak edib.

Bu istiqamətdə növbəti görüşün Abşeron-Xızı iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarları əhatə etməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Sahikarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının təmin edilməsində güzəştli kredit və avadanlıq kreditini təmin edən, həmçinin pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsi və subsidiyaların verilməsini həyata keçirən əsas qurumlardan biridir.