İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
07.09.2021 / Elanlar
“Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçiriləcəkdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası tərəfindən yerli sahibkarlar üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn təlim keçiriləcəkdir.

Bakı Fond Birjasının  təşkilatçılığı ilə keçiriləcək tədbirdə Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “AzFinance” İnvestisiya şirkətinin əməkdaşlarının iştirakı nəzərdə tutulur. Təlim zamanı kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcəkdir.

Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Onlayn tədbirin vaxtı: 10 sentyabr 2021, saat 14:30

Qeydiyyat üçün: https://bit.ly/38IhyKW

Təlimdə iştirak ödənişsizdir.