İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
21.08.2020 / Mühüm hadisələr
Yeni Həyat Tərzinə keçidlə bağlı videoçarx hazırlanıb

İqtisadiyyat Nazirliyi cəmiyyətdə koronavirus (COVİD 19) pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər çərçivəsində Yeni Həyat Tərzinə keçidlə bağlı məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə Nazirliyin təşəbbüsü ilə növbəti maarifləndirici videoçarx hazırlanıb. Videoçarxda insanlar Yeni Qaydalara uyğunlaşmağa, iş adamları özünün, əməkdaşlarının və müştərilərinin sağlamlığına diqqətlə yanaşmağa, müəyyən edilən qaydalara, dövlətin tələb və tövsiyələrinə riayət etməyə dəvət olunur. Vurğulanır ki, iş yerlərində mütəmadi dezinfeksiya işlərinin aparılması, qoruyucu vastələrdən istifadə edilməsi, sosial məsafənin qorunması, şəxsi gigiyenaya əməl olunması, əməkdaşların hərarətinə nəzarət əsas qaydalardır və hər birimizin sağlamlığı və rifahı bu qaydalara uyğunlaşmaqdan asılıdır.

İqtisadiyyat Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində və KİV-də geniş yayımlamaqla Yeni Həyat Tərzinə keçidin vacibliyini ictimaiyyətə çatdırır və bu sahədə ictimai dəstəyin artırılmasını təşviq edir.