İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
18.10.2013 / Konfranslar, iclaslar
Bu ilin ötən dövründə sahibkarlara 247.2 milyon manat güzəştli kreditlər verilmişdir

skmf-qobustan-18.10.2013-1Oktyabrın 18-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Qobustan rayonunun Cəyirlli kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirilmişdir. Tədbirdə 43 sahibkarlıq subyektinə 494.5 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 70-dən çox yeni iş yerinin açılmasına imkan verir.
Tədbirdə iştirak edən sahibkarlarla Qobustanın iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və digər metodiki materiallar təqdim edilmişdir.
Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Nazirliyin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda, o cümlədən Qobustanda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 247.2skmf-qobustan-18.10.2013-2mln. manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 10 mindən çox iş yerinin yaradılmasına imkan verir. Diqqətə çatdırılmışdır ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1035 investisiya layihəsinin maliyyələşdirilməsinə 39.1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər 4400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Qobustan rayonunda sahibkar Mirdaməd Qarayevə və sahibkar Ramiz Novruzova məxsus heyvandarlıq təsərrüfatlarının fəaliyyətinə baxış keçirilmişdir.