İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
04.10.2013 / Konfranslar, iclaslar
Şəkidə sahibkarlara 638 min manat güzəştli kredit verilmişdir

skmf-sheki-04.10.2013-1Oktyabrın 4-də Şəki rayonunun Aşağı Laysqı kəndində keçirilmiş "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 638 min manat dövlətin güzəştli krediti verilmişdir. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış, Fond tərəfindən Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Xəlil Xəlilov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov dövlət proqramları çərçivəsində Şəkidə görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3527 investisiya layihəsinin maliyyələşdirilməsinə 245,2 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 10200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1444 skmf-sheki-04.10.2013-2investisiya layihəsinin maliyyələşdirilməsinə 88,3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş güzəştli kreditlər 8300-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və yeni internet səhifəsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcəkdir. Sahibkarlar bu imkanı Fondun rəsmi internet səhifəsinə – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər. Yeni system vaxt itkisinin qarşısının alınmasına, izafi xərclərin aradan qald
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Şəki rayonunun Daşüz kəndində ildə 52,5 min ton kərpic və 17,5 min ton keramik istehsal etmək gücünə malik olan zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.