Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılmışdır.
Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir:
- Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
- Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;
- Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
- Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.
25.01.2023Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinə dair mətbuat konfransı keçirilib28.12.2022“Qadın və gənc sahibkarlara dəstək” layihəsinin qalibləri müəyyənləşib21.12.2022Küveyt səfiri ilə SİF-də görüş07.12.2022SİF regionlarda sahibkarlarla görüşüb02.12.2022“Biznesin incəlikləri” layihəsi yekunlaşıb22.11.2022SİF-in elan etdiyi kotirovka sorğusunun qalibi seçilib21.11.2022Sahibkarlığın İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir05.11.2022Sahibkarlığın İnkişafı Fonduna reytinq verildi01.11.2022Qadın sahibkarlar üçün “Biznesin incəlikləri” layihəsi başlayıb01.11.2022Şəki və Zaqatalada sahibkarlarla görüş keçirilib