Mövcud kreditlər üzrə subsidiyanın əldə edilməsi şərtləri
- Faiz subsidiyası pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il 10 mart tarixinə aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir.
- Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10% bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.
Tələb olunan sənədlər
- Sahibkarlıq subyektinin müraciəti, o cümlədən məlumatların Fonda ötürülməsinə dair razılığı;
- Kommersiya hüquqi şəxsin dövlət reyestrindən çıxarışının və ya fiziki şəxsin VÖEN-nin, onların qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti;
- Sahibkarlıq subyektinin kredit hesabından çıxarış;
- Kredit müqaviləsi və ödəniş qrafikinin surəti (kredit xətti üzrə ödəniş qrafiki tələb olunmur);
- Kredit hesabatı;
- Kreditə dair qısa məlumat (kredit təşkilatı və sahibkarlıq subyekti tərəfindən imza və möhürlə təsdiqlənməklə).
Qeyd: Sənədlərin əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilir, notarial qaydada təsdiq tələb olunmur.
Müraciət qaydası
- Sahibkar faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir.
- Kredit təşkilatı lazımi sənədləri toplamaqla 10 iş günü ərzində Fonda təqdim edir.
- Fond 3 iş günü ərzində qərar verərək kredit təşkilatına məlumat verir
- Kredit təşkilatı 2 iş günü ərzində Fondun qərarını sahibkara bildirir.
- Kredit təşkilatı tərəfindən vəsaitin köçürülməsi haqqında sənəd təqdim edildikdən 3 gün ərzində vəsait kredit təşkilatının hesabına köçürülür.
01.07.2022Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib29.06.2022Turizm sahəsinin maliyyələşdirilməsi davam etdirilir28.06.2022Qadın sahibkarlara və gənclərə verilmiş güzəştli kreditlərin sayı ötən illə müqayisədə artıb23.06.2022Kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib21.06.2022Yüksəliş müsabiqəsinin qalibi ilə görüş keçirilib20.06.2022Sahibkarlığın İnkişafı Fondu yerli şirkətlərin tanıtım sərgisində iştirak edib10.06.2022Sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi ilə bağlı təcrübə mübadiləsi aparılıb09.06.2022İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə görüş keçirilib09.06.2022Güzəştli kreditlərin kiçik və orta biznesin maliyyələşdirilməsində payı artır27.05.2022Güzəştli kreditlər üzrə Kiçik Kredit Skorinq Modelinin tətbiqinə başlanılıb