Avadanlıq krediti - avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə verilir.
Avadanlıq kreditinin şərtləri
- Kreditin məbləği - 5 min manatdan 3 milyon manatadək
- Faiz dərəcəsi - illik 9%-dək
- Kreditin müddəti - 5 ilədək
- Güzəşt müddəti - avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 ayadək
Tələb olunan sənədlər
- Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
- 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
- “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
- VÖEN-in surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri:
- Avadanlığın alınmasına dair ilkin razılaşma sənədinin (əsas texniki-iqtisadi göstəriciləri barədə məlumat əlavə olunmaqla) surəti;
- Avadanlığın qiymətləndirilməsi haqqında sənədin surəti;
- Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən əldə olunan yüklülük bildirişinin surəti;
- Sahibkarlıq subyekti tərəfindən avadanlığın qiymətləndirilmiş satış dəyərinin minimum 20%-i (yerli istehsal məhsulu olan avadanlıqlar üçün 10%) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş həcmində bank hesabında vəsaitin olmasını (və ya müqaviləyə uyğun olaraq satıcıya ödənildiyini) təsdiq edən sənədin surəti.
Müraciət qaydası
- Sahibkar müvəkkil kredit təşkilatına müraciət edir.
- Kredit təşkilatı qərarını 10 iş günü ərzində sahibkara bildirir.
- Kredit təşkilatı layihəyə müsbət rəy verdiyi halda, Fonda müraciət edir.
- Fond qərarını 10 iş günü ərzində kredit təşkilatına bildirir.
- Fond müsbət qərar qəbul edərsə, kredit təşkilatı sahibkarla sənədləşmə işlərini yekunlaşdıraraq sifariş göndərir.
- Fond mənfi qərar verərsə, kredit təşkilatı sahibkarı məlumatlandırmalıdır.
- Sifariş əsasında 3 iş günü ərzində kredit təşkilatının hesabına köçürülən vəsait kredit təşkilatı tərəfindən 5 iş günü ərzində sahibkara verilməlidir.
27.05.2022Güzəştli kreditlər üzrə Kiçik Kredit Skorinq Modelinin tətbiqinə başlanılıb20.05.2022Elm Laboratoriya Mərkəzi fəaliyyətə başlayıb11.05.2022Sahibkarlar yeni dəstək mexanizmindən yararlanırlar04.05.2022Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib04.05.2022“Uğur yolu” karyera inkişafı proqramına qeydiyyat başladı29.04.2022Sahibkarlığın İnkişafı Fondu 2021-ci ili mənfəətlə başa vurub28.04.2022Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının nümayəndələri ilə görüş keçirilib21.04.2022Biznes subyektlərinin ixrac imkanlarına həsr olunan görüş keçirilib07.04.2022Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi01.04.2022Müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib