Güzəştli kreditin şərtləri
- Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək
- Kreditin müddəti 10 ilədək
- İllik faiz dərəcəsi 5 %-dək
- Kredit üzrə güzəşt müddəti - kredit müddətinin yarısınadək
Güzəştli kreditlər müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və.s.) vasitəsilə verilir.
Güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər hər il Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilir.
Tələb olunan sənədlər:
- Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
- 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
- “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
- VÖEN-in surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.
Qeyd: Sənədlərin əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilir, notarial qaydada təsdiq tələb olunmur.
Müraciət qaydası
- Sahibkar müvəkkil kredit təşkilatına müraciət edir.
- Kredit təşkilatı qərarını 10 iş günü ərzində sahibkara bildirir.
- Kredit təşkilatı layihəyə müsbət rəy verdiyi halda, Fonda müraciət edir.
- Fond qərarını 10 iş günü ərzində kredit təşkilatına bildirir.
- Fond müsbət qərar qəbul edərsə, kredit təşkilatı sahibkarla sənədləşmə işlərini yekunlaşdıraraq sifariş göndərir.
- Fond mənfi qərar verərsə, kredit təşkilatı sahibkarı məlumatlandırmalıdır.
- Sifariş əsasında 3 iş günü ərzində kredit təşkilatının hesabına köçürülən vəsait kredit təşkilatı tərəfindən 5 iş günü ərzində sahibkara verilməlidir.
25.01.2023Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinə dair mətbuat konfransı keçirilib28.12.2022“Qadın və gənc sahibkarlara dəstək” layihəsinin qalibləri müəyyənləşib21.12.2022Küveyt səfiri ilə SİF-də görüş07.12.2022SİF regionlarda sahibkarlarla görüşüb02.12.2022“Biznesin incəlikləri” layihəsi yekunlaşıb22.11.2022SİF-in elan etdiyi kotirovka sorğusunun qalibi seçilib21.11.2022Sahibkarlığın İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir05.11.2022Sahibkarlığın İnkişafı Fonduna reytinq verildi01.11.2022Qadın sahibkarlar üçün “Biznesin incəlikləri” layihəsi başlayıb01.11.2022Şəki və Zaqatalada sahibkarlarla görüş keçirilib