İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

 

Türkiyə Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi (KOSGEB) -  Kiçik və Orta Biznes subyektlərinin iqtisadiyyatdakı rolunu gücləndirmək, müəssisələrin rəqabət gücünü artırmaq və sənayedə inteqrasiyasını iqtisadi inkişafa uyğun formada təşkil etmək üçün təsis edilmiş dövlət qurumudur.

KOSGEB və Fond arasında 2019-cu ilin iyul ayında “Əməkdaşlığa dair Anlaşma Memorandum” imzalanmışdır. Həmin Memoranduma əsasən, tərəflər arasında birgə əməkdaşlığın gələcək perspektivlərini özündə əks etdirən Fəaliyyət Planı hazırlanmışdır. 2020-ci ilin 28 fevral tarixində Fondun inzibati binasında keçirilmiş görüşdə Fəaliyyət Planı hər iki qurumun rəhbəri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Hazırda Fəaliyyət Planının icrası ilə bağlı tərəflər arasında danışıqlar həyata keçirilir.

 

 

DAMU Sahibkarlığın İnkişafı Fondu ASC – əsas məqsədi Qazaxistan Respublikasında KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq, KOB-ları dəstəkləmək məqsədilə dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq olan dövlət fondudur.

2019-cu ilin oktyabr ayında Fond ilə “DAMU Sahibkarlığın İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti arasında sahibkarlığın təşviqi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında tərəflərin birgə əməkdaşlığının təmin edilməsi üzrə “Yol xəritəsi”nin tərtib edilməsinə dair qərar qəbul edilmişdir. 2020-ci ilin 5 aprel tarixində Fondla DAMU arasında keçirilmiş görüşdə hazırlanmış Yol Xəritəsi qurumların sədr müavinləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Hazırda Yol Xəritəsinin icrası üzrə müzakirələr həyata keçirilir.

 

 

"Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" Səhmdar Cəmiyyəti

Rusiya Fedasiyasının "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" Səhmdar Cəmiyyəti ölkədə KOB subyektlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitlərinin cəlb edilməsi, KOB subyektləri tərəfindən həyata keçirilən investisiya layihələrinə informasiya, marketinq, maliyyə və hüquqi dəstəyin göstərilməsini təşkil edən qurumdur.

Korporasiya və Fond arasında müvafiq sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparılmış və danışıqların nəticəsi olaraq, 2020-ci ilin iyun ayında keçirilməsi nəzərdə tutulan “Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum”u çərçivəsində memorandum imzalanması planlaşdırılmışdır. Fondla Korporasiya arasında birgə əməkdaşlıq perspektivlərini əks etdirən Fəaliyyət Planı hazırlanmış və razılaşdırılmışdır. Həm Anlaşma Memorandumunun, həm də Fəaliyyət Planının 2021-ci ilin ikinci rübündə imzalanaraq təsdiq olunması nəzərdə tutulmuşdur.