İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Xaliyev Osman İsmayıl oğlu

Xaliyev Osman İsmayıl oğlu

 

1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 

 

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “İqtisadi kibernetika” ixtisası üzrə bitirib.

 

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib.

 

2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

 

2010-2011-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

 

2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışmışdır.

 

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

 

2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

 

2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edir.

 

Ailəlidir, 1 övladı var.