İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Hümbətov Samir Hümbət oğlu

Hümbətov Samir Hümbət oğlu

 

1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub.

 

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

 

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantıdır.

 

2002-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri vəzifələrində çalışıb.

 

2018-ci ildə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri, şöbə rəisi vəzifələrində çalışıb.

 

2019-cu il yanvar ayının 8-dən İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu PHŞ İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin sədri vəzifəsini icra edir.

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunmuşdur. Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi vardır.

 

Evlidir, 1 övladı var.