İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Strateji Yol Xəritəsinin icrası ilə bağlı seçilmiş məhsulların siyahısı

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində aşağıda qeyd olunan seçilmiş məhsulların istehsalı ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsinə “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na uyğun olaraq üstünlük veriləcəkdir:

 

Məhsulların adları

1

Minik, yük avtomobilləri və avtobuslar

2

Akkumulyatorlar (porşenli mühərriklərin işə salınması üçün)

3

Minik və yük avtomobilləri üçün şinlər

4

Yağ və yanacaq süzülməsi üçün filtrlər, hava filtrləri

5

Kənd təsərrüfatı üçün traktorlar (mühərriklərinin gücü 59 kvt-dan  çox olanlar)

6

Lifli-optik kabellər

7

Elektrik naqilləri (80 v-dan çox 1000 v-dan az gərginlik üçün)

8

Elektrik naqilləri (1000 v gərginlik üçün)

9

Transformatorlar

10

Özügedən yer qazan və tunel qazan maşınlar

11

Özügedən yer və tunelqazan maşınların hissələri

12

Rezervuarlar, sisternlər, çənlər və ya analoji qablar üçün kranlar, klapanlar (qoruyucu və boşaldıcı klapanlar istisna), ventillər

13

Rezervuarlar, sisternlər, çənlər və ya analoji qablar üçün  kranların, klapanların

və ventillərin hissələri

14

Maye nasosları (o cümlədən ştanqlı quyu nasosları)

15

Rezervuarlar, sisternlər, çənlər və ya analoji qablar üçün qoruyucu və ya boşaldıcı klapanlar

16

Elektrik qaynağı üçün istifadə olunan elektrodlar

17

Metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş təbəqələr, çubuqlar, profillər, borular və analoji alüminium məmulatları

18

Qara metallardan nasos-kompressor və qazma boruları (neft və  qaz  buruqlarının  qazılması  üçün) 

19

Qaz sayğacları

20

Maye sayğacları

21

Elektrik sayğacları

22

Sintetik yuyucu vasitələr

23

Kosmetika məhsulları

24

Hidrogen peroksid məhsulu

25

Bitumdan izolyasiya məhsulları və digər məhsullar

26

Xlor və xlor məhsulları, kaustik soda

27

İzopropil spirti

28

Təbii sialitlərdən (mordanit, klinoptlalit, bentonit) məhsullar

29

Aliminum məhsulları (məişət istifadəsi üçün)

30

Yod-brom birləşməli kimyəvi məhsullar

31

Melamin məhsulu

32

Fenol formaldehid qətranları

33

Üzvi kimya məhsulları (toluol, ksilol, benzol və s.)

34

PVC polimeri