İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
FONDUN VƏSAITLƏRİNİN İSTİFADƏSİ ÜZRƏ PRİORİTET İSTİQAMƏTLƏR

FONDUN VƏSAITLƏRİNİN İSTİFADƏSİ ÜZRƏ PRİORİTET İSTİQAMƏTLƏR

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
  • aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
  • müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı, qüvvəli yem və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • çayçılıq, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq və üzümçülük təsərrüfatlarının yaradılması;
  • tütünqurutma, baramaqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
  • startap layihələrin dəstəklənməsi;
  • turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
  • innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
  • nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
  • idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • dağ-mədən sənayesinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • təkrar emal layihələrinin dəstəklənməsi;
  • balıqçılıq və digər su bioresurslarının bərpa olunması və artırılmasının dəstəklənməsi;
  • ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsi məqsədilə xalçaçılıq, dulusçuluq, ipəkçilik, misgərlik, suvenir istehsalı və sair sahələrin dəstəklənməsi;
  • kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin dəstəklənməsi;
  • rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
  • alternativ enerji və ya rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
  • ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi;
  • işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrin dəstəklənməsi.