İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Lisenziyalar və icazələr

Sahibkarlar İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 49 fəaliyyət növü üzrə lisenziyaların alınması üçün elektron müraciət edə bilərlər. Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda seçilən lisenziyaya uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda, seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

İstifadəçi “Lisenziyalar və icazələr” portalı vasitəsilə müraciətin icra prosesini izləyir, lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir və lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.

 

Lisenziyaların və icazələrin əhatə etdiyi sahələr 

  1. Baytarlıq və fitosanitariya
    1. Özəl baytarlıq təbabəti fəaliyyəti
      1. Baytarlıq preparatlarının istehsalı və satışı
        1. Baytarlıq preparatlarının istehsalı
        2. Baytarlıq preparatlarının satışı
      2. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı və idxalı
        1. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı
        2. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı
      3. Digər
        1. Müxtəlif növ möhürlərin və ştampların hazırlanması
        2. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyəti
        3. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi
        4. Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)
      4. Ətraf mühitin mühafizəsi
        1. Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi
          1. Toksiki istehsalat tullantılarının utilizasiyası
          2. Toksiki istehsalat tullantılarının zərərsizləşdirilməsi
        2. Fərdi ovçuluq təsərrüfatlarının təşkili
        3. İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü
      5. İnvestisiyaların təşviqi
      6. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması
        1. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması
      7. Səhiyyə
        1. Əczaçılıq fəaliyyəti
          1. Dərman vasitələrinin istehsalı
          2. Dərman vasitələrinin topdansatışı
  • Dərman vasitələrinin pərakəndə satışı
  1. Prekursorların istehsalı, idxalı, ixracı və transit nəql edilməsi
    1. Prekursorların istehsalı
    2. Prekursorların idxalı
  • Prekursorların ixracı
  1. Prekursorların transit nəql edilməsi
  1. Sənaye zonaları və texnoparklar
  2. Təhlükə potensiallı obyektlər
    1. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması
    2. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı
      1. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması
      2. Maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarı
    3. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması
    4. Liftlərin quraşdırılması və təmiri fəaliyyəti
    5. Attraksionların istismarı
    6. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri
    7. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi
  3. Təhlükəsizlik
    1. Özəl mühafizə fəaliyyəti
    2. İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət
  4. Təhsil
    1. Təhsil fəaliyyəti
      1. Məktəbəqədər təhsil müəssisələri
      2. Ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla)
  • İlk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri)
  1. Orta ixtisas təhsili müəssisələri
  2. Ali təhsil müəssisələri
  3. Əlavə təhsil müəssisələri
  • Dini orta ixtisas təhsil müəssisələri
  • Ali dini təhsil müəssisələri
  1. Telekommunikasiya
    1. Rabitə xitmətləri
      1. Telefon (məftilli) rabitə xidməti
      2. Radiotrank və simsiz telefon rabitə xidmətləri
  • İP-telefoniya (internet telefoniya) rabitə xidmətləri
  1. Ölkədaxili telekommunikasiya kanallarının təşkili rabitə xidmətləri
  2. Beynəlxalq telekommunikasiya kanallarının təşkili rabitə xidmətləri
  3. Məlumatların ötürülməsi (data) rabitə xidmətləri
  • Sürətli poçt xidməti
  1. Teleradio yayımı
    1. Teleradio yayımı fəaliyyəti
      1. Ümumrespublika televiziya yayımı
      2. Bakı şəhəri üzrə televiziya yayımı
  • Regional televiziya yayımı
  1. Ümumrespublika radio yayımı
  2. Bakı şəhəri üzrə radio yayımı
  3. Regional radio yayımı
  • Əlavə informasiya yayımı
  • Abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı
  1. Abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı
  2. Peyk yayımı
  3. Xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət
  1. Tikinti
    1. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri
    2. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri
    3. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi
  2. Yanğından mühafizə
    1. Yanğından mühafizə fəaliyyəti
      1. Müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğından qorunması
      2. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqların keçirilməsi
  • Yanğının mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri
  1. Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası